İqtisadiyyat

“Nar” Şuşada baza stansiyalarını işə salıb

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində öz şəbəkəsini genişləndirməkdə olan “Nar” şirkəti Şuşada da baza stansiyalarını işə salıb.
Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, bununla da mədəniyyət paytaxtımız müasir və daimi “Nar” şəbəkəsi ilə əhatə olunub. 2G, 3G və 4G texnologiyalı baza stansiyalarının quraşdırılması ilə “Nar” istifadəçiləri Şuşada keyfiyyətli və kəsintisiz səsli zəng və internet xidmətindən yararlana biləcəklər.
Qeyd edək ki, “Nar” işğaldan azad edilmiş Xocavənd və Cəbrayılda da baza stansiyalarını quraşdırıb. Mobil operator işğaldan azd edilmiş digər ərazilərin də keyfiyyətli şəbəkə infrastrukturu ilə təmin edilməsi istiqamətində işlərini davam etdirir. Qeyd edək ki, “Nar” Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərin şəbəkə ilə əhatə olunmasına xüsusi önəm verir.
Xatırladaq ki, 44 günlük Vətən müharibəsi dövründə “Nar” səyyar baza stansiyaları vasitəsilə işğaldan azad edilmiş əraziləri mobil rabitə ilə təmin edirdi.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button