İqtisadiyyat

“Nar+” tətbiqinin yüklənmə sayı yarım milyonu ötüb

Rəqəmsal kanallarla müştəri xidmətlərini abunəçiləri üçün daha rahat və əlçatan edən “Nar+” tətbiqindən istifadə edənlərin sayında xüsusi artım qeydə alınıb.
Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, gündəlik olaraq tətbiqdən yararlananların sayında 127% artım müşahidə olunub. Hesaba rəqəmsal nəzarət imkanı verən “Nar+” tətbiqinin yüklənmə sayı artıq yarım milyonu ötüb.
Xidmətdən istifadə edənlərin sayına görə paytaxt Bakı 60%-lik göstərici ilə ilk sıradadır. 2-ci yerdə isə Sumqayıtda yaşayan abunəçilər dayanır.
Qeyd edək ki, müştəriyönümlü strategiyanın bir hissəsi olan “Nar+” tətbiqi abunəçilərə Çağrı Mərkəzlərinə müraciət etmədən bir çox mühüm əməliyyatları yerinə yetirməyə imkan verir. Tətbiq vasitəsilə bir neçə saniyə ərzində yeni internet paketini sifariş etmək, tariflər haqqında məlumat əldə edib, ən uyğun tarifə qoşulmaq, mövcud tarifi dəyişmək, hesab üzrə izahlı qaimə əldə etmək, eyni zamanda vahid platforma üzərindən 5-dək hesaba nəzarət etmək mümkündür. Statistikaya əsasən, abunəçilərin “Nar+” tətbiqində ən çox müraciət etdiyi funksiyalar balans və bonusların yoxlanması, internet paketlərinin sifarişi, yeni tarifin aktivləşdirilməsi və ya dəyişdirilməsidir. “Nar+” tətbiqini “App Store” və “Google Play Store”dan yükləmək mümkündür. Tətbiq haqqında daha ətraflı məlumatı https://www.nar.az/plus/ səhifəsindən əldə etmək olar.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button