Cəmiyyət

Narkotik vasitə ilə saxlanılan şəxsin avtomobil qaçırdığı müəyyən edilib

Narkotik vasitə ilə saxlanılan şəxsin avtomobil qaçırdığı da müəyyən edilib
Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Lənkəran regional qrupundan “Report”a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Masallı rayonunun Mollahəsənli kənd sakini E.Mehtiyev saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan 158 qramdan artıq narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb. E.Mehtiyevin ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə onun Masallı rayon sakini Ə.Abbasovun “Vaz 21013” markalı avtomobilini talama məqsədi olmadan qaçırdığı müəyyən edilib. Polis əməkdaşları tərəfindən həmin avtomobil Mollahəsənli kəndi ərazisində aşkarlanaraq sahibinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button