Dünya

NASA rəhbəri: “Pentaqonun gizli hesabatını görmüşəm, UNO-ların varlığına işarə edilib”

“ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Uçan Naməlum Obyektlər (NUO-UFO) haqqında ötən ay yayımlanan hesabatının gizli versiyasını görmüşəm və orada onların varlığına açıq şəkildə işarə edilib”.
“Report” NTV-yə istinadən xəbər verir ki, bunu ABŞ Milli Kosmik və Aviasiya Agentliyinin (NASA) direktoru Bill Nelson bildirib.
O, kainatda insanlardan başqa ağıllı varlıqların olduğuna və dünya ilə əlaqə quracaqlarına inandığını söyləyib.
78 yaşlı mütəxəssis daha sonra bildirib: “13,5 milyard yaşında və çox böyük bir kainatımız var. Odur ki, bir Günəşi və bizimki kimi atmosferi olan başqa bir planetin mövcudluğu mümkündürmü? Bu sualın cavabı mənim üçün ‘bəli’dir. Odur ki, kosmosda ağıllı həyatın olduğunu və oradan bir siqnal alacağımızı düşünürəm”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button