İqtisadiyyat

“Naxçıvan ərazisindən yeni bir koridorun inşasını birlikdə həyata keçirəcəyik”

“Biz də dəmir yolu məsələsində çalışırıq”.
APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdə Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirib.
Türkiyəli nazir deyib ki, Naxçıvan ilə Qars arasındakı, Qars-Aralık-Dilucu arasındakı layihələrimizi yekunlaşdırmışdıq: “İnşallah, onları da bir proqram şəklində hazırlayıb bu dəmir yolunu – Naxçıvan ərazisindən yeni bir koridorun inşasını birlikdə həyata keçirəcəyik.
Dostlarımızla toplantılarımızı keçirəcəyik. Qardaşlarımızın işi bizim işimizdir. İnşallah, hamımız birlikdə əl-ələ verərək gözəl işlərə imza atacağıq”.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button