Gündəm

Naxçıvan istiqamətində yenə atəşkəs pozulub

Naxçıvan istiqamətində atəşkəsin pozulduğu deyilir. 

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, iyulun 16-sı saat 10.00 və 13.00 radələrində  Ermənistan Silahlı Qüvvələrinin bölmələri  onların  Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.  

Açıqlamaya görə, qarşı tərəfə cavab verilib : “Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.Bir daha qeyd edirik ki, iki ölkənin dövlət sərhədi boyunca gərginliyin yaradılmasına görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür. ” 

Amma bundan bir qədər əvvəl Ermənistan Müdafiə Nazirliyinin məlumatında isə vurğulanırdı ki, iyulun 16-sı  həmin istiqamətdə Azərbaycan Ordusu onların mövqelərini atəşə tutub.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button