İqtisadiyyat

Naxçıvanda mobil rabitə xidmətlərinin gəlirləri 1,2% artıb

Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin dəyəri 2020-ci ilin eyni dövrünə nisbətən 9,1% artaraq 23 920,9 min manat təşkil edib.
Naxçıvan Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə ümumi xidmətlərin 73,8%-i mobil rabitənin payına düşüb. Cari ilin ilk beş ayında Muxtar Respublikada mobil rabitə xidmətlərinin dəyəri ötən ilin müvafiq dövrünün göstəricisini 1,2% üstələyərək 17 665,1 min manat təşkil edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button