İqtisadiyyat

Nazir: “OPEC+” ölkələri qərarlarında diqqətli olmalıdırlar

“OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri neft hasilatı ilə əlaqədar qərarlar verərkən diqqətli olmalıdırlar, buna baxmayaraq, alyans fəaliyyətsiz qalmamalıdır.
“APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Səudiyyə Ərəbistanının energetika naziri Şahzadə Əbdül Əziz bin Salman deyib.
O, qlobal neft bazarının hələ koronavirus pandemiyasının yaratdığı “depressiyadan” çıxmadığını qeyd edib.
Onun fikrincə, “OPEC+” ölkələri hələ ki, koronavirusa yoluxma hallarının yenidən arta biləcəyi ehtimalını boş buraxmamalıdır.
Bundan əlavə, nazir dünya neft ehtiyatlarının azaldığını və bu ilin ikinci yarısında və 2022-ci ildə tələbat üzrə gözləntilərin yaxşılaşdığını da qeyd edib.
Əbdül Əziz bin Salman onu da əlavə edib ki, “OPEC+” ölkələri İran və Venesuela tərəfindən neft hasilatının bərpa edilməsi ehtimalını da nəzərə almalıdır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button