İqtisadiyyat

Nazir Rəşad Nəbiyev İranın yol və şəhərsalma naziri ilə görüşüb

Bu gün Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan İranın yol və şəhərsalma naziri Məhəmməd İslami ilə görüş keçirib.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüş zamanı iki ölkə arasında nəqliyyat sahəsindəki əlaqələrin mövcud vəziyyəti və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
Həmçinin Azərbaycan və İran ərazisindən keçən beynəlxalq nəqliyyat-tranzit dəhlizlərinin inkişafı, bu istiqamətdə həyata keçirilən birgə layihələrin icrası məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Görüşdə 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış vəziyyətin nəinki iki ölkənin, eyni zamanda bütün regionun nəqliyyat potensialının artmasına töhfə verəcəyinə əminlik ifadə olunub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button