Gündəm

Nazir Səudiyyə Ərəbistanını Qarabağda bərpa işlərinə dəvət edib  

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində bu ölkənin investisiya naziri, eləcə də iki ölkə arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falihlə görüşüb. Xəbəri Xarici İşlər Nazirliyi yayıb.

Bildirilir ki, nazir Ceyhun Bayramov iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu və enerji, kənd təsərrüfatı, turizm və mədən sənayesi sahələrində əməkdaşlıq imkanlarını qeyd edib.

O da deyilir ki, nazir Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan yenidənqurma işləri və infrastruktur layihələrindən danışaraq, Səudiyyə Ərəbistanını da bu prosesdə iştiraka dəvət edib.

Xalid Əl-Falihin isə Səudiyyə Ərəbistanı şirkətlərinin Azərbaycanda gerçəkləşdirilən layihələrdə iştirakda maraqlı olduğunu, bu məsələnin Hökumətlərarası Müştərək Komissiyanın növbəti iclasında müzakirə olunacağını bildirdiyi qeyd edilir.

Azərbaycan ötən il 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsini və ətraf yeddi rayonu Ermənistanın işğalından azad edib. Qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib. Artıq bəzi regionlarda bərpa işləri başlanıb.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button