İqtisadiyyat

Nazir Türkiyədən Naxçıvana təbii qazın tədarükünə dair görülən işləri açıqlayıb

“Azərbaycanın energetika naziri Pərviz Şahbazov Anlaşma Memorandumu imzalamışdıq. Azərbaycanın bəzi texniki məlumatları təsdiqləməsini gözləyirik. Həmin təsdiqlər verilən kimi xəttin inşasına başlayacağıq”.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz Türkiyədən Naxçıvana qaz tədarükü ilə bağlı suala cavabında deyib.
“Hazırlıqlarımız, marşrut, araşdırma, proqnozlaşdırma işləri artıq başa çatıb. Ortaq bir layihə həyata keçirilir. Müqavilədə göstərilən bəzi fərqli texniki məlumatların bizimlə paylaşılmalıdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) bu məlumatları bölüşən kimi işə başlayacağıq”, – deyə türkiyəli nazir vurğulayıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button