Cəmiyyət

Nazirlik: 500-dən çox qazinin əlillik təyinatı aparılıb

“Vətən müharibəsi qazilərinə əlilliyin təyinatı üçün müayinələr səyyar formada aparılır”.
“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova deyib.
O bildirib ki, əlilliyin təyinatı bir neçə prosedurdan ibarətdir: “Yekun olaraq əlilik təyinatı aparılır. İlk olaraq hərbçilərin aldığı xəsarətin və xəstəliyin hərbi dövrdə olduğunu təsdiq edən hərbi həkim komissiyası tərəfindən verilən şəhadətnamə olmalıdır. İkinci mərhələdə həmin şəhadətnamə ilə qazilər göndərişin rəsmiləşməsi üçün səhiyyə müəsissəsinə müraciət etməlidirlər. Sonuncu mərhələdə isə bu iki məlumatın əsasında əlillik dərəcəsinin təyinatı aparılmasıdır”.
M.Məmmədovanın sözlərinə görə, artıq 500-dən çox qazinin əlillik təyinatı aparılıb. O bildirib ki, bu işlər mütəmadi olaraq davam etdirilir və məlumatlar yenilənir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button