Cəmiyyət

Nazirlik dərsliklərlə bağlı ilk dəfə şagirdlərin fikirlərini öyrənir

2022-2023-cü tədris ilinə ölkənin ümumi təhsil müəssisələrinin III, VII və X sinifləri üçün təkmilləşdiriləcək dərsliklərə dair bu il həmin dərsliklərdən istifadə edən şagirdlərin fikirlərinin öyrənilməsi prosesinə başlanılıb.Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, bu məqsədlə “Virtual məktəb” platformasında dərsliklərlə bağlı sorğu yerləşdirilib.
Hər bir dərslik üzrə sorğuya daxil olaraq irad və təklifləri yazmaq mümkündür.
Qeyd edək ki, Təhsil Nazirliyi bu il ilk dəfə olaraq şagirdlərin fikirlərini öyrənməyi planlaşdırır və onları bu sorğuda yaxından iştiraka dəvət edir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button