İqtisadiyyat

Neft bazarında gündəlik tələbat 95-96 mln. barelə çatıb

Neftə olan tələbat aktiv şəkildə bərpa olunur, lakin hələ də 2019-cu ilin səviyyəsinə çatmayıb.
“APA-Economics”in məlumatına görə, bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak RBC telekanalına verdiyi müsahibəsində bildirib.
“Bu günə qədər bazar gündəlik 95-96 mln. barel səviyyəsində bərpa olunub. Gələn il bu nisbət yenə eyni olsa, 2019-cu ilin səviyyəsinə çatacağıq”, – A. Novak qeyd edib.
Baş nazir onu da əlavə edib ki, avtomobil nəqliyyatı və aviasiya sənayesində neft məhsullarının istehlakını götürsək, aviasiyada böhran öncəki səviyyənin 75%-ni təşkil edib, avtomobil nəqliyyatında isə 100%-ə çatıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button