İqtisadiyyat

Neft Fondu bu il valyuta satışını 37% azaldıb

Bu ilin may ayında Azərbaycan Respublikası Neft Fondu (ARDNF) tərəfindən valyuta hərraclarında 312,8 mln. ABŞ dolları məbləğində vəsait satılıb.
“APA-Economics”in Azərbaycan Mərkəzi Bankı (AMB) və ARDNF-nin məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici aprel ayı ilə müqayisədə 38,7%, ötən ilin may ayı ilə müqayisədə isə 6,4% azdır.
Cari ilin ilk beş ayında Neft Fondu valyuta hərraclarında 2,303 mlrd. dollar məbləğində vəsait satıb ki, bu da 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə 36,7% azdır.
Ötən il ərzində Neft Fondu valyuta hərraclarında 7,304 mlrd. dollar məbləğində vəsait satıb. Bu, 2019-cu illə müqayisədə 11% çoxdur. Son bir ildən bir qədər artıq bir müddətdə isə satışların pik həddi pandemiya ərəfəsində – mart ayına təsadüf edib – 1,928 mlrd. dollar.
Qeyd edək ki, aprelin 30-da keçirilən faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən AMB-nin sədri Elman Rüstəmov bildirmişdi ki, ARDNF-nin valyuta satışları qrafikdən geri qalır və Fond bu il valyuta satışlarını azaldaraq 140 mln. ABŞ dollarına qənaət edib.
Bundan əvvəl ARDNF-dən “APA-Economics”ə bildirilmişdir ki, Neft Fondunun dövlət büdcəsində 12,2 mlrd. manat həcmində büdcə öhdəliyi nəzərdə tutulub və bu öhdəliyin icrası üçün Fond tərəfindən il ərzində ümumilikdə 7,17 mlrd. ABŞ dolları məbləğində xarici valyuta 12 aylıq satış qrafiki əsasında satışa çıxarılır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button