İqtisadiyyat

Neft yenidən bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin avqust müqaviləsinin dəyəri 0,55 artaraq 1 barelə görə 72,62  dollar təşkil edib.
“APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyulunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,59% artaraq 70,46 dollar təşkil edib.
Qeyd edək ki, kotirovkaların bahalaşmasına ABŞ-da enerji mənbələrinə olan tələbatın gözlənilən artması səbəb olub. Bununla yanaşı, ABŞ-ın Enerji Nazirliyinin Enerji İnformasiya İdarəsi (EIA) 2021-ci il üçün neft qiymətləri ilə bağlı proqnozunu yüksəldib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button