Cəmiyyət

Neftçalada motosiklet maneəyə çırpılıb, qardaşlardan biri ölüb

Neftçala rayonunda yol qəzası baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, motosiklet idarəetmədən çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb. Nəticədə rayonun Qoltuq qəsəbəsinin sakinləri,1989-cu il təvəllüdlü Səmədov Seymur Ağaqulu oğlu və onun qardaşı, 1990-cı il təvəllüdlü Səmədov Ağabala müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. S.Səmədovun vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib. Lakin yaralı yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button