İdman

“Neftçi” Çempionlar Liqasında uduzsa, Avropa Liqasındakı mümkün rəqibi bəlli olub

Avropa Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.Apasport.az saytının məlumatına görə, tədbirdə Çempionlar yolu və Əsas yolu üzrə püşkatma keçirilib.Çempionlar Liqasının II təsnifat mərhələsinin 10 cütü birinci yolda mümkün rəqiblərini tanıyıb. Azərbaycan çempionu “Neftçi”nin Yunanıstan “Olimpiakos” klubu ilə cütündə məğlub olacaq komandanın da mümkün rəqibi bəlli olub.“Neftçi” Çempionlar Liqasına vida etsə,  “Malmö” (İsveç) – HİK (Finlandiya) cütündə uduzan tərəflə qarşılaşacaq. Avropa Liqası avqustun 5-də start götürəcək, cavab görüşləri 12-də keçiriləcək. “Olimpiakos” – “Neftçi” cütünün qalibi ilk oyuna evdə çıxacaq.Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsi iyulun 20-21-də və 27-28-də keçiriləcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button