İdman

“Neftçi” liderliyə yüksəlib

Azərbaycan Premyer Liqasında XXV tur start götürüb.

Günə Bakı derbisi ilə start verilib. Çempionluq mübarizəsi aparan “Neftçi” səfərdə “Keşlə”nin qonağı olub. Samir Abasov cəzalı olduğu üçün meydana baş məşqçisiz çıxan “Neftçi” 3 xalı 3 cavabsız qolla əldə edərək, ən azı bir günlük də olsa, liderliyə yüksəlib. “Ağ-qaralar”ın ulduz futbolçusu Keysuke Honda ikinci hissədə fərqlənməklə, Premyer Liqada qol hesabını açıb. “Keşlə” isə doğma arenasında böyük hesabla uduzaraq, bürünc medal şansını rəsmən itirib.

Günün ikinci görüşündə turnir cədvəlinin aşağı yarısında qərarlaşanlar üz-üzə gəlib. Avrokuboka vəsiqəyə nəzəri şansları qalan “Qəbələ” autsayder “Səbail”in qonağı olub. “Qəbələ”nin ikinci hissənin əvvəlindən 10 nəfərlə mübarizə apardığı matçda qalib gələn “Səbail” turnir cədvəlinin “zirzəmi”sindən qurtulub.

Qeyd edək ki, tura sabah keçiriləcək “Sumqayıt” – “Sabah” və “Qarabağ” – “Zirə” matçları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
XXV tur
3 may (bazar ertəsi)
18:00. “Keşlə” – “Neftçi” – 0:3
Qollar: 
Tərlan Quliyev, 38 (öz qapısına), Keysuke Honda, 74, Emin Mahmudov, 90+2
Baş hakim: Əliyar Ağayev
“Keşlə”: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev (k), 19. Azər Salahlı, 7. Rəhman Hacıyev, 8. Tural Axundov, 4. Şəhriyar Əliyev, 23. Nicat Qurbanov, 25. Con Kamara, 11. Silvio Rodriqes, 9. Anatole Abanq, 14. Turan Vəlizadə
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 17. Vüsal İsgəndərli, 20. Rail Məlikov, 21. Miyusko Boyoviç, 91. Sadio Tonkara, 22. Elçin Mustafayev, 71. Emin Quliyev, 79. Bahadur Həziyev
Baş məşqçi: Sənan Qurbanov
“Neftçi”: 30. Aqil Məmmədov, 7. Namik Ələskərov, 8. Emin Mahmudov (k), 22. Mirabdulla Abbasov, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 4. Keysuke Honda, 24. Yusuf Laval, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 19. Fəhmin Muradbəyli, 28. Stiven Monroz, 91. Tallison Diaz, 17. Bruno Teluşi, 9. Ahmed Ahmedov, 49. Rener Alves, 20. Mert Çelik
Məşqçi: Vəfadar Quliyev
“ASK Arena”

20:15. “Səbail” –“Qəbələ” – 1:0
Qol: 
Amil Yunanov, 62
Qırmızı vərəqə: Merab Qiqauri, 52
Baş hakim: İnqilab Məmmədov
“Səbail”: 96. Nikolas Hagen, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 28. Məqsəd İsayev, 22. Əfran İsmayılov, 29. Amil Yunanov, 27. Hendrik Ekşteyn, 19. Luka İmnadze, 23. Milovan Petrovik, 4. Ali Sisey, 3. Turan Manafov
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 7. Mirsayib Abbasov, 11. Rauf Əliyev, 9. Florian Kadriu, 20. Ruslan Hacıyev, 44. Şamil Cəfərov, 38. Zeynəddin Abdurahmanov
Baş məşqçi: Aftandil Hacıyev
“Qəbələ”: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov (k), 74. Yusif Nəbiyev, 9. Ehtiram Şahverdiyev, 99. Ceyms Adeniyi, 77. Merab Qiqauri, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 10. Rövlan Muradov
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 5. Rasim Ramaldanov, 28. Murad Musayev, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 14. Cavid Hüseynov, 6. Kamal Mirzəyev, 26. Stefan Vukçeviç, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev, 55. İdris İnqilablı
Baş məşqçi: Elmar Baxşıyev
“ASCO Arena”

1 Neftçi 25 15 5 5 41-25 50
2 Qarabağ 24 14 8 2 57-16 50
3 Sumqayıt 24 8 9 7 28-28 33
4 Zirə 24 7 12 5 24-25 33
5 Qəbələ 25 5 9 11 20-39 24
6 Səbail 25 5 9 11 21-35 24
7 Keşlə 25 4 11 10 22-36 23
8 Sabah 24 5 7 12 22-31 22

Bombardirlər: Namiq Ələsgərov (“Neftçi”) – 18, Mahir Emreli (“Qarabağ”) – 16, Filip Ozobiç (“Qarabağ”) – 11 qol.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button