İdman

“Neftçi” – “Qarabağ” matçının favoriti açıqlanıb

Azərbaycan Premyer Liqasının 2020/21 mövsümünün son oyununun əmsalları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, bukmekerlər çempionun adına aydınlıq gətirəcəyi “Neftçi” – “Qarabağ” matçının favoritini müəyyənləşdirib.
Səfərdə oynayacaq son çempion bu görüşdə də şanslı hesab olunur. Ağdamlıların qələbə əmsalı 2,11-ə bərabərdir.
Ümumilikdə 9-cu, ardıcıl 8-ci çempionluq üçün “Qarabağ”a sərf edən heç-heçənin əmsalı isə 3,24-ə bərabərdir. “Neftçi”nin qələbə ilə qızıl medal qazanmasına pul qoyuluşu edənlər isə 3,40 dəfə zənginləşə bilər.
Qeyd edək ki, “Neftçi” – “Qarabağ” qarşılaşması saat 20:30-da başlayacaq.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button