İdman

“Neftçi” Sloveniyada yoxlama matçında heç-heçə edib

“Neftçi” 2021/22 mövsümünü hazırlığı Sloveniyada davam etdirir.
Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu yay fasiləsində ilk yoxlama oyununu keçirib.
Samir Abasovun yetirmələri bugünkü ilk sınağında Sloveniya təmsilçisi “Olimpiya” ilə qarşılaşıb. 
1:1 hesabı ilə başa çatan matçdakı hər iki top oyunun əvvəlində vurulub. Görüş qarşılıqlı erkən qollarla başlayıb. Premyer Liqanın bombardiri Namiq Ələsgərov 2-ci dəqiqədə meydan sahiblərinin qapısına yol tapıb. Lakin flaqmanın sevinci uzun sürməyib. “Ağ-qaralar” 1 dəqiqə sonra cavab qolunu buraxıb.
Qeyd edək ki, Bakı təmsilçisi növbəti oyununu iyunun 25-də Macarıstanın “Fehervar” klubuna qarşı keçirəcək. 
Yoxlama oyunu21 iyun20:00. “Olimpiya” (Sloveniya) – “Neftçi” (Azərbaycan) – 1:1Namiq Ələsgərov, 2

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button