İdman

“Neftçi” yeni rekord vurub

“Neftçi” tarixində 9-cu dəfə Azərbaycan çempionu olub.
Apasport.az saytının məlumatına görə, bu, Premyer Liqanın sonuncu XXVIII turunda müəyyənləşib.
“Dalğa Arena”da keçirilən qarşılaşmada “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edən Samir Abasovun yetirmələri rəqibinin 7 mövsümlük hegemonluğuna son qoyub. 
Bununla da 9-cu dəfə qızıl medalları qazanan komanda Azərbaycan futbolu tarixində yeni rekorda imza atıb. Gümüş medal qazanan “Qarabağ” isə 8 qat çempion kimi qalıb.
1992-ci ildən keçirilən ölkə çempionatlarında ümumilikdə 8 komanda zəfər çalıb. İki ən titullu klubdan başqa “Kəpəz” 3, “Şəmkir”, “Bakı” və “İnter” hərəyə 2, “Turan”la “Xəzər Lənkəran” hərəyə 2 dəfə qızıl medallara yiyələnib.
1992. “Neftçi” (Bakı)1993. “Qarabağ” (Ağdam)1993/94. “Turan” (Tovuz)1994/95. “Kəpəz” (Gəncə)1995/96. “Neftçi” (Bakı)1996/97. “Neftçi” (Bakı)1997/98. “Kəpəz” (Gəncə)1998/99. “Kəpəz” (Gəncə)1999/2000. “Şəmkir”2000/01. “Şəmkir”2001/02. Yarımçıq qalıb2002/03. Keçirilməyib2003/04. “Neftçi” (Bakı)2004/05. “Neftçi” (Bakı)2005/06. “Bakı”2006/07. “Xəzər Lənkəran”2007/08. “İnter” (Bakı)2008/09. “Bakı”2009/10. “İnter” (Bakı)2010/11. “Neftçi” (Bakı)2011/12. “Neftçi” (Bakı)2012/13. “Neftçi” (Bakı)2013/14. “Qarabağ” (Ağdam)2014/15. “Qarabağ” (Ağdam)2015/16. “Qarabağ” (Ağdam)2016/17. “Qarabağ” (Ağdam)2017/18. “Qarabağ” (Ağdam)2018/19. “Qarabağ” (Ağdam)2019/20. “Qarabağ” (Ağdam)2020/21. “Neftçi” (Bakı)

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button