İdman

“Neftçi”nin mümkün rəqibi bəlli olub

“Neftçi”nin Konfrans Liqasındakı mümkün rəqibi bəlli olub.
Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının I təsnifat mərhələsinin bugünkü cavab oyununda Tbilisi “Dinamo”su ilə qarşılaşacaq Bakı klubu turnirdə mübarizəni dayandırsa, Konfrans Liqasının II təsnifat mərhələsinə yollanacaq.
“Neftçi” – “Dinamo” cütünün uğursuzu yeni yaradılan turnirdə “Makkabi” ilə qarşılaşacaq. Bu, İsrail təmsilçisinin “Kayrat”la (Qazaxıstan) cavab görüşündən sonra bəlli olub.
İlk matçı 1:1 hesabı ilə nəticələnən duelin taleyi Qazaxıstanda həll edilib. 2:0 hesabı ilə qalib gələn “Kayrat” Çempionlar Liqasının, “Makkabi” isə Konfrans Liqasının II təsnifat mərhələsinə yollanıb. Sonuncular burada “Neftçi” və ya “Dinamo” ilə görüşəcək.
Qeyd edək ki, Konfrans Liqasında II təsnifat mərhələsi iyulun 22-də və 29-da keçiriləcək. “Neftçi” – “Dinamo” cütünün uğursuzu ilk matçda ev sahibi olacaq.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button