İqtisadiyyat

Neftin qiyməti gələn il 100 dollara çata bilər

“Bank of America Corporation” trans milli investisiya bankı qlobal səyahətlərə tələbin artması fonunda, 2022-ci ildə neftin qiymətinin 1 barelə görə 100 ABŞ dollarına çata biləcəyinin mümkünlüyünü bildirib.
“APA-Economics”in “Bloomberg”ə istinadən verdiyi məlumata görə, dünyanın əsas maliyyə qurumlarının və təşkilatlarının verdiyi proqnozlar arasında sözügedən proqnoz ən yüksəkdir. Bankın hesabatında bildirilir ki, COVID-19 pandemiyasından sonra baş verən iqtisadi bərpa yanacaq sərfiyyatını artırdığına, yeni istehsala yatırılan sərmayələrin ətraf mühit problemləri ilə əlaqadar azaldığına görə, qlobal neft istehlakı 2022-ci ildə də tədarükü üstələməyə davam edəcək.
Beləliklə, neft qiymətlərinin üç rəqəmli göstəriciyə qayıtdığı halda, bu, 2014-cü ildə bəri qeydə alınmış ən yüksək qiymət səviyyəsi olacaq. Xatırladaq ki, 2014-cü ildə Şimali Amerikanın şist nefti istehsalçılarının tədarükü kəskin artırdığından sonra neft bazarında qiymətlər çökdü və indiyədək hələdə bərpa olunmayıb.
Bundan əlavə qeyd olunur ki,  həddindən artıq “öküzvari” (“bullish”) proqnozlar gələn həftə görüşəcək “OPEC+” ölkələrinə də təzyiq göstərir, belə ki, bəzi ölkələrin hasilatın artıracağı gözlənilir.
Qeyd edək ki, bu gün ICE London qitələrarası birjasında “Brent” neftinin ixracına dair 2021-ci ilin avqust müqaviləsi 74 dollar ətrafında ticarət olunur.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button