İdman

Neymar silahlı hücumun təşkilində günahlandırılıb

Braziliya dövlət deputatının köməkçisi Aqripino Maqalyans milli komandanın aparıcı futbolçusu Neymarla bağlı San Paulo məhkəməsinə müraciət edib.
Apasport.az saytının məlumatına görə, siyasətçi PSJ-nin hücumçusunu ona silahlı hücum təşkil etməkdə günahlandırıb.
Maqalyans daha əvvəl Neymarın homofobik tətbiqetmələri barədə bir sıra məqalələr dərc edib. O, ulduz futbolçunun vəkili tərəfindən ölümlə hədələndiyini söyləyib.
İddiaçı məhkəmə yolu ilə mənəvi ziyana görə 1 milyon Braziliya rialı (təxminən 325 min manat) tələb edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button