İdman

Niderland 1/8 finala vəsiqəni və qrup birinciliyini rəsmiləşdirib

AVRO-2020-də qrup mərhələsinin II turunda daha üç oyun keçirilib.
Apasport.az saytının məlumatına görə, B qrupunda tura yekun vurulubsa, C qrupunda hər iki matç baş tutub.
Belçika favoriti olduğu B qrupunda Danimarka ilə görüşüb. Kopenhagendəki matçda hesabı meydan sahibləri açsa da, Roberto Martinesin yetirmələri əzmkar qələbə qazanaraq 1/8 finala vəsiqəni təmin edib.
C qrupunda öncə autsayderlər, ardınca liderlər meydana çıxıb. Ukrayna millisi Şimali Makedoniya üzərində qələbə ilə ilk xallarını qazanıb.
Niderland isə Avstriya ilə görüşüb. Qələbə qazanan “narıncılar” nəinki 1/8 finala yüksəlib, həm də qrup birinciliyini təmin edib. Onlar 1-ci yeri dəqiqləşən ilk komanda olub.
Bu, Frank de Burun yetirmələrini Bakıya bir addım yaxınlaşdırıb. Niderland 1/8 finalda qarşılaşacağı qrup üçüncüsü olacaq rəqibini yensə, 1/4 final matçını Bakı Olimpiya Stadionunda keçiriləcək.
Qeyd edək ki, iyunun 16-da start götürən II tur ayın 19-da başa çatacaq.
AVRO-2020II tur, 17 iyun
B qrupu20:00. Danimarka – Belçika – 1:2Qollar: Yussuf Poulsen, 2 – Torqan Azar, 55, Kevin de Breyne, 71Baş hakim: Byorn Kuypers (Niderland)Kopenhagen. “Parken” stadionu

1

Belçika

2

2

0

0

5-1

6

2

Rusiya

2

1

0

1

1-3

3

3

Finlandiya

2

1

0

1

1-1

3

4

Danimarka

2

0

0

2

1-3

0

C qrupu17:00. Ukrayna – Şimali Makedoniya – 2:1Qollar: Andrey Yarmolenko, 29, Roman Yaremçuk, 34 – Ezgjan  Alioski, 57Baş hakim: Fernando Andres Rapallini (Argentina)Buxarest. “Nasional” stadionu
C qrupu23:00. Niderland – Avstriya – 2:0Qollar: Memfis Depay, 10 (pen.), Benzel Dumfris, 67Baş hakim: Orel Qrinfeld (İsrail)Amsterdam. “Yohan Kroyf Arena”

1

Niderland

2

2

0

0

5-2

6

2

Ukrayna

2

1

0

1

4-4

3

3

Avstriya

2

1

0

1

3-3

3

4

Ş.Makedoniya

2

0

0

2

2-5

0

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button