İqtisadiyyat

Niderland şirkəti SOCAR-ı işıqlandırma sistemləri ilə təmin edə bilər  

Mayın 25-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Nedrlandın “Signify” şirkətinin baş icraçı direktoru Erik Rondolatı və şirkət rəhbərliyinin digər nümayəndələrini qəbul edib.
SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Davos iqtisadi forumunda görüşündən sonra iqtisadi və enerji dayanıqlığının Azərbaycan üçün əhəmiyyətini nəzərə alaraq, bu sahəyə aid texnologiyalarını təklif etmək üçün Bakıya səfər etdiyini bildirən Erik Rondolat “Signify” şirkətinin yeni işıqlandırma texnologiyaları sahəsində ixtisaslaşdığını, şirkətin LED texnologiyasına əsaslanan işıqlandırma sistemlərinin daha dayanıqlı və qənaətli olduğunu, daha effektiv idarə olunduğunu vurğulanıb.
Məlumata görə, görüşdə “Signify” şirkətinin təklif etdiyi işıqlandırma sistemlərinin SOCAR-ın emal zavodlarında və digər müəssisələrində tətbiqi imkanlarını araşdırmaq və səmərəliliyini müəyyən etmək üçün aidiyyəti sahələr üzrə məsul şəxslərlə danışıqların davam etdirilməsi təklif olunub.
Əvvəlki adı “Philips Lighting” olan “Signify” şirkəti şəhərlərin işıqlandırılması sahəsində dünyanın aparıcı şirkətlərindən sayılır. Şirkətin tətbiq etdiyi LED texnologiyası ilə elektrik enerjisinə qənaət etmək mümkündür. “Signify” artıq 20 ildir ki, həm də kənd təsərrüfatı məhsullarının işıqlandırma texnologiyaları ilə məşğuldur.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button