Dünya

Nigeriyada 325 nəfər vəbadan ölüb

Son altı ay ərzində vəba epidemiyası Nigeriyanın paytaxtı Abudja şəhəri daxil olmaqla 15 ştatda 325 insanın ölümünə səbəb olub.
“Report” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi milli xəstəliklərə nəzarət mərkəzinə istinadən bildirib.
Qeyd olunub ki, 2021-ci ilin ilk yarısında bu bölgələrdə 14 343 nəfərdə vəba aşkar edilib. Xəstəliyə yoluxanların 27 faizi 5 ilə 14 yaşı arasında olan uşaqlardır.
Vəba – ağır ümumi intoksikasiyası nazik bağırsağın zədələnməsi, su-duz mübadiləsinin pozulması ilə gedən kəskin infeksion xəstəlikdir və çox qorxulu infeksiyalar qrupuna aiddir. Törədicisi – vəba vibrionudur.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button