Dünya

Nigeriyada oğurlanmış 14 tələbə xilas edilib

Nigeriyanın şimalında Kaduna ştatındakı apreldə silahlı şəxslər tərəfindən oğurlanmış 14 ali məktəb tələbəsi xilas edilib.
Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.
Kaduna ştatının daxili təhlükəsizlik və daxili işlər komissarı Semuel Aruvan bildirib ki, tələbələr öz ailələrinə təhvil verilib.
Silahlı şəxslər özəl “Green Field” Universitetinin 19 tələbəsini cari ilin 20 aprelində oğurlayıb. Üç gün sonra onlardan beş nəfəri ali məktəbin ətrafında ölü aşkarlanıb.
Oğrular tələbələrin azad olunması müqabilində pul tələb ediblər, ancaq ştatın qubernatoru Nasır Əhməd al-Rufai cinayətkarların tələblərinə əməl etməkdən imtina edib.
Keçən il Kaduna ştatında 937 insan silahlıların hücumlarının qurbanı olub, 1 972 nəfər oğurlanıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button