Dünya

Nigeriyada silahlılar məktəbə hücum edərək, azı 80 şagirdi qaçırdılar

Nigeriyanın Kibbi ştatının Birnin-Yaur qəsəbəsində terrorçular orta təhsil müəssisəsinə hücum edərək, azı 80 məktəblini, habelə yaşca bir neçə böyük şagirdi oğurlayıblar.
Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.
Qeyd edilir ki, oğurlananların əksəriyyəti qızlardır. Silahlılar məktəbə hücum zamanı polisi və tibbi yardım göstərilən şagirdi öldürüblər.
Hüquq-mühafizə orqanları əməkdaşlarının görə, şagirdlər pula görə oğurlanıblar. Hazırda polis oğurlanmış uşaqların dəqiq sayını müəyyənləşdirir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button