İqtisadiyyat

Novak neft bazarında defisitin həcmini açıqlayıb

Rusiya qlobal neft bazarındakı cari gündəlik defisitin həcmini 1 mln. barel səviyyəsində qiymətləndirir.
“APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak bildirib.
“Hazırda bazarda gündə təxminən 1 mln. barel kəsir mövcuddur və tələbatın artımını necə təmin edə biləcəyimizi də anlamalıyıq”, – A. Novak qeyd edib.
O əlavə edib ki, “OPEC+” neft hasilatının azaldılması üzrə razılaşmada iştirak edən ölkələr İran neftinin dünya bazarına qayıtma ehtimalını nəzərdən keçirir.
“İranın bərpa üçün potensialı var. Biz həmişə sanksiyaların İrana qarşı diskriminasiya xarakterini daşıdığını bildirmişik”, – A. Novak qeyd edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button