Cəmiyyət

Oğurluq edən keçmiş məhkum saxlanılıb

Lənkəran rayonunda oğurluq edən keçmiş məhkum saxlanılıb
Daxili İşlər Nazirliyin Mətbuat xidmətinin Lənkəran regional qrupundan “Report”a verilən məlumata görə, rayonun Xanbulan kəndi ərazisində yerləşən evlərdən birinin həyətində təmir sexi kimi istifadə edilən tikilidən ümumi dəyəri 1300 manat olan 3 ədəd su nasosunun, digər məişət avadanlıqlarının və onların ehtiyyat hissələrinin oğurlanması ilə bağlı Rayon Polis Şöbəsinə müraciət daxil olub. Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun rayonun Boladi kənd sakini, əvvəllər məhkum olunmuş F.İsgəndərov olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button