Cəmiyyət

Oğuzda ev yanıb |

Oğuz rayonunda yanğın hadisəsi baş verib.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Calut-1 qəsəbəsində, yerli sakin Rəşad Rüstəmova evdə qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğınsöndürənlərin səyinə baxmayaraq, ümumi sahəsi 50 kv/m olan ev yanıb.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button