Cəmiyyət

Oğuzda minik və yük avtomobilləri toqquşdu, xəsarət alan var – VİDEO

Oğuz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisə baş verib.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qarabulaq-Böyük Söyüdlü avtomobil yolunda qeydə alınıb.
Qarabulaq kənd sakini, 1996-cı il təvəllüdlü Qadir Şirin oğlu Babayevin idarə etdiyi “VAZ-21015” markalı avtomobillə “QAZ-53” markalı yük avtomobili toqquşub. Nəticədə 25 yaşlı Q.Babayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button