Cəmiyyət

Oğuzda qadın sürücü on yaşlı uşağı vurub

Oğuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında Oğuz şəhəri ərazisində qeydə alınıb.
Belə ki, 2011-ci il təvəllüdlü Nur Babək qızı Məmmədova yaşadığı evin qarşısında qadın sürücünü idarə etdiyi avtomobil tərəfindən vurulub.
Yaralı kəllə-beyin travması ilə ilk olaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına, daha sonra vəziyyəti ağır olduğundan Mingəçevir şəhərinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button