Cəmiyyət

Oğuzda taxıl sahəsi və meşədə baş verən yanğın söndürülüb – VİDEO – YENİLƏNİB

Oğuz rayonunun Xalxal-Qışlaq kəndi ərazisində taxıl sahəsi və meşə yanğın söndürülüb.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
Qeyd edək ki, ənd ərazisində 5 hektara yaxın biçilməmiş taxıl sahəsi yandıqdan sonra alov meşəyə keçib. Hadisə yerinə Oğuz rayonundakı Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən texnikası və xeyli sayda şəxsi heyəti cəlb olunub. Hadisə zamanı 1 hektar meşəlik və kolluq ərazinin yandığı məlum olub.
19:45
Oğuz rayonunun Xalxal-Qışlaq kəndi ərazisində taxıl sahəsi və meşə yanır.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bir qədər əvvəl baş verib.
Belə ki, kənd ərazisində 5 hektara yaxın biçilməmiş taxıl sahəsi yandıqdan sonra alov meşəyə keçib. Hadisə yerinə Oğuz rayonundakı Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən texnikası və xeyli sayda şəxsi heyəti cəlb olunub.
Hazırda yanğın davam edir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button