Gündəm

Ölkə sənayesində azalma var

2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 39 915,0 milyon manatlıq ümumi daxili məhsulun istehsal olunduğu açıqlanıb. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz çoxdur. 

Açıqlamaya görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4,7 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 5,1 faiz artıb. 

Komitə habelə qeyd edir ki, sənaye müəssisələri,  bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar bu ilin  6 ayında 23,1 milyard manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz az sənaye məhsulu istehsal ediblər.Qurumun vurğulamasına görə,  bu azalma neft-qaz sektorunda məhsul istehsalının 3,2 faiz azalması hesabına baş verib, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 16,6 faiz artıb.  

Komitənin həmçinin açıqlamasına görə, 6 ay ərzində ölkədə inflyasiya da cəmi  4,3 faiz olub.Qurum bildirir ki,ərazaq 4,9 faiz bahalaşıb. 

Müstəqil ekspertlər Komitənin bu məlumatına şübhə ilə yanaşırlar.Onlar inflyasiyanin daha çox olduğunu iddia edirlər. 

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button