İqtisadiyyat

Onlayn ödənişləri asanlaşdıran PayRiff – VİDEO

Ölkəmizdə son illərdə baş verən yeniliklər ödəniş sistemlərindən də yan keçmir. Nağdsız ödəniş mühitinin genişləndirilməsi və nağd dövriyyənin həcminin azaldılması məqsədilə yeni ödəniş sistemi yaradılıb. PayRiff – onlayn bizneslər üçün asan və kompleks inteqrasiya imkanları olan rəqəmsal ödəmə həllidir. Əsasən elektron kommersiya ilə məşğul olan bizneslər üçün əlverişli olsa da, eyni zamanda xidmət müqabilində ödəniş alan fərdi sahibkarlar üçün də həllər təklif edir.
Müştərilərə keyfiyyətli xidmətlər təklif edə bilmək üçün yerli banklarla əməkdaşlıq edərək onların tələblərinə cavab verməyə çalışan şirkət, əməliyyatların tranzit hesabdan keçirilərək birbaşa partnyorun qeydiyyatda olan kartına köçürülməsi (account credit əməliyyatı) imkanı, əməliyyatın blokda saxlanılması və daha sonra (tərəflərin təsdiqindən sonra) silinməsi imkanı, Card save funksionallığı, Online monitorinq sistemi, Reverse/refund funksionallığı, bazar tələbinə uyğun dəyişkən faizlər, rahat inteqrasiya, hazır qoşulma alətlərinin təqdim edilməsi, invoys göndərilməsi, təkrarlanan əməliyyatlar (recurring) aparılması və s. kimi xidmətləri də müştərilərə təqdim edir.
PayRiff müştərilərə istifadəçi panelində əməliyyatları onlayn izləmək və köçürmələri 3D Secure və PCI-DSS tələblərinə uyğun olaraq həyata keçirə bilməklərinə kömək edir. Kart məlumatlarının saxlanılması və ötürülməsi banklara aid olan serverlərdə saxlandığı üçün ödənişlərin təhlükəsizliyinə də bu qurumlar tərəfindən zəmanət verilir.
Eyni zamanda, onlayn qeydiyyatdan keçərək, asan imza vasitəsilə onlayn müqavilənin bağlanması və partnyorların xidmətə dərhal başlaya bilməsi imkanları da mövcuddur.
Əsas məqsədi innovativ və sürətli xidmət təqdim etmək, proseslərin sürətlənməsinə nail olmaqdır. Belə ki, müştərilər heç yerə getmədən və sənədləri heç hara göndərmədən, qeydiyyatdan keçib hesab yarada və anlıq inteqrasiya edərək, müqavilə imzalayıb, ödənişlərini qəbul edə bilərlər.
Sistem, “Visa” və “Mastercard” kimi beynəlxalq ödəniş sistemlərinin dəstəklədiyi xarici kartlardan ödənişi qəbul edir.
Şirkət müştərilərinə gələcəkdə daha çox funksionallıqlar təklif etməyi və xarici bazarlarda da fəaliyyət göstərməyi hədəfləyir.
 
https://payriff.com

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button