İqtisadiyyat

OPEC Azərbaycanda maye karbohidrogenlər hasilatı üzrə proqnozunu açıqlayıb

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Azərbaycanda 2021-ci il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azaldıb.
Bu barədə “APA-Economics” OPEC-in aylıq hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, 2021-ci il üçün Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 770 min barel səviyyəsində olacağı gözlənilir ki, bu da əvvəlki proqnozdan 20 min barel azdır (öncəki proqnoz 790 min barel idi).
OPEC-in proqnozuna görə, 2022-ci ildə sözügedən göstərici 800 min barel səviyyəsində olacağı gözlənilir.
Qeyd edilir ki, 2020-ci ildə Azərbaycanda ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 730 min barel olub. Bu, 2019-cu ilin göstəricisi ilə müqayisədə 60 min barel azdır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button