İqtisadiyyat

“OPEC+” iştirakçılarının əksəriyyəti BƏƏ-nin mövqeyini dəstəkləyib

“OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) monitorinq komitəsinin əksər üzvləri BƏƏ-nin istehsalın azalması üçün kvotaların hesablandığı baza istehsal səviyyəsini dəyişdirmək mövqeyinə etiraz etməyib.
“APA-Economics”in məlumatına görə, bu barədə TASS OPEC-dəki yüksək rütbəli mənbəyə istinadən xəbər verir.
Mənbənin sözlərinə görə, hasilat üzrə yumşalma müddətinin uzadılması müvafiq olaraq yeni bir razılaşmanın əldə olunması deməkdir və hər bir ölkənin kvotaların dəyişdirilməsi ixtiyarı var.
Qeyd olunur ki, iyulun 1-də keçirilən iclasında “OPEC+” ölkələri təklif olunan kvotalarla bütün üzvlərin razılaşmadığı üçün neft hasilatının azalması üzrə yumşalmanın uzadılması barədə razılığa gələ bilməyib. Bəzi ölkələr, xüsusən də BƏƏ, azalma həcmlərinin sayıldığı baza hasilat səviyyəsinin artırılmasını təklif edib. Hazırda BƏƏ gündəlik baza göstəricisi 3,168 mln. bareldir, ölkə bu göstəricinin 3,8 mln. barelədək artırmaq niyyətindədir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button