İqtisadiyyat

OPEC nazirləri neft hasilatının həcmlərini müzakirə etməyib

OPEC-in (Neft İxrac Edən Ölkələr Təşkilatı) nazirlər toplantısı başa çatıb, istehsal məhdudiyyətlərinin azaldılması müzakirə olunmayıb.
“APA-Economics” xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən yazır.
Mənbənin sözlərinə görə, “OPEC+” ölkələrinin nazirlərinin monitorinq komitəsinin iclası bir saat təxirə salınıb. Görüş Bakı vaxtı ilə 20:30-da başlayacaq.
Xatırladaq ki, pandemiya səbəbindən neftə tələbatın azaldığını nəzərə alaraq, “OPEC+” ölkələri ötən ilin mayından gündəlik hasilatı 9,7 mln. barel azaldıb. Vəziyyət sabitləşdikcə məhdudiyyətlər nisbətən aradan qaldırıldı. Bu ilin may ayından etibarən gündəlik neft hasilatı 6,55 mln. barel olub, iyun ayına 6,2 mln. barel, iyul ayına isə 5,76 mln. barel təşkil edəcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button