İqtisadiyyat

“OPEC+” nazirləri razılaşmanın gələcəyi ilə bağlı konsensusa gələ bilməyiblər

“OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri razılaşmanın gələcəyi ilə bağlı danışıqları iyulun 5-də davam edəcəklər.
“APA-Economics”in məlumatına görə, bu barədə “RİA Novosti” xəbər verib.
Qeyd olunur ki, 1-2 iyul tarixlərində keçən danışıqlar zamanı tərəflər konsensusa gələ bilməyib. Əsas səbəb kimi razılaşmanın müddətinin uzadılması məsələsi və bununla bağlı BƏƏ-nin mövqeyi göstərilir.
Qeyd edək ki, “OPEC+” ölkələri gündəlik neft hasilatının artırılması və razılaşmanın müddətinin 2022-ci ilin axırına kimi (hazırda razılaşm 2022-ci ilin aprelin axırına kimi olan müddəti əhatə edir – red.) uzadılması məsələlərini müzakirə edirlər. 

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button