İqtisadiyyat

“OPEC+” nazirlərinin görüşü bu həftə keçirilməyəcək

“OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri arasında daxili məsləhətləşmələr iyulun əvvəlindəki uğursuz görüşlərdən sonra davam edir, bu həftə yeni bir görüş barədə danışmağa ehtiyac yoxdur.
“APA-Economics”in məlumatına görə, bu barədə TASS danışıqlar prosesində iştirak edən mənbələrə istinadən xəbər verir.
“Bu həftə çətin olacaq. Müzakirələr davam edir və görüşün bu həftə baş verəcəyinə dair hələ heç bir işarə yoxdur. Problem hələ də həll olunmayıb”, –  bu barədə TASS-a yüksək vəzifəli mənbə deyib.
Digər mənbə görüşün bu həftə keçirilməsi üçün hər hansı hazırlıq işlərinin aparılması barədə xəbərsiz olduğunu qeyd edib.
Xatırladaq ki, 1-2 iyul tarixlərində keçən danışıqlar zamanı tərəflər konsensusa gələ bilməyib və müzakirələri 5 iyul tarixində davam edəcəyi barədə qərar verilib. Lakin, iyulun 5-də də danışıqlar baş tutmayıb. Razılığın əldə olunmamasının əsas səbəbi kimi razılaşmanın müddətinin uzadılması məsələsi və bununla bağlı BƏƏ-nin mövqeyi göstərilir.
Qeyd edək ki, “OPEC+” ölkələri gündəlik neft hasilatının artırılması və razılaşmanın müddətinin 2022-ci ilin sonunadək (hazırda razılaşma 2022-ci ilin aprelin axırına kimi olan müddəti əhatə edir – red.) uzadılması məsələlərini müzakirə edir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button