İqtisadiyyat

“OPEC+” ölkələri birgə fəaliyyəti 2022-ci ildən sonra da davam etdirə bilər

Qlobal neft bazarındakı vəziyyət tələb etdiyi halda “OPEC+” (Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri birgə fəaliyyəti 2022-ci ildən sonra da davam etdirə bilər.
“APA-Economics”in TASS-a istinadən verdiyi məlumata görə, bunu Səudiyyə Ərəbistanının şahzadəsi Abdel Əziz Ben Salman Əl Saud deyib.
“Hər kəs sövdələşmənin daha da səmərəli işləyəcəyinə əmindirsə, hər zaman bəyannamə çərçivəsində işləməyə davam edə bilərik. Burada birgə maraqlarımıza cavab verən çox şey var”, – şahzadə qeyd edib.
Xatırladaq ki, OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 19-cu iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin avqust-dekabr aylarında hər ay 400 min barel artırılmasına, gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin 2022-ci ilin sonunadək uzadılmasına dair qəbul edilmiş qərarı Azərbaycan da dəstəkləyib.
Qeyd edək ki, yeni razılaşma, “OPEC+” ölkələri üzrə mövcud 5,8 mln. barel həcmində ixtisarların 2021-ci ilin sonunadək 2 mln. barel azaldılmasını nəzərdə tutur.
İclasda OPEC və qeyri-OPEC ölkələri nazirlərinin növbəti iclasının 2021-ci ilin 1 sentyabr tarixində keçirilməsi qərara alınıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button