İqtisadiyyat

OPEC ölkələri iyunda “OPEC+” öhdəliklərini 120% yerinə yetirib

OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələri bu ilin iyun ayında gündəlik neft istehsalını 586 min barel artıraraq 26 034 min barelə çatdırıb.
Bu barədə “APA-Economics” OPEC-in aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, hasilatın artırılmasına baxmayaraq, OPEC ölkələri “OPEC+” razılaşması (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) çərçivəsində öhdəliklərini 120% (mayda 125%) yerinə yetirib.
Hesabata qeyd edilir ki, “OPEC+” razılaşmasında 13 OPEC ölkəsindən 10-u iştirak edir, İran, Liviya və Venesuela hasilatın azaldılmasından azad edilib. Beləliklə, iyun ayında razılaşmada iştirak edən 10 ölkənin gündəlik neft hasilatı 21 872 min barel təşkil edib (plan göstərici isə 22 673 barel təşkil edir). OPEC “onluğu” iyunda bazardan gündəlik 4 010 min barel əvəzinə 4 811 min barel artıq neft uzaqlaşdıra bilib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button