İqtisadiyyat

“OPEC+” ölkələri nazirlər görüşünün keçirilməsini müzakirə edir

Müttəfiqlər arasındakı əsas fikir ayrılıqları həll olunduğuna görə “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri iyulun 18-də nazirlərin görüşünün keçirilməsi məsələsini müzakirə edir.
“APA-Economics”n məlumatına görə, bu barədə TASS mənbələrinə istinadən xəbər verir.
“Böyük ehtimalla, görüş sabah keçiriləcək. Hazırda biz rəsmi təsdiqi gözləyirik”, – mənbə qeyd edib.  
Xatırladaq ki, 1-2 iyul tarixlərində keçən danışıqlar zamanı tərəflər konsensusa gələ bilməyib və müzakirələri 5 iyul tarixində davam edəcəyi barədə qərar verilib. Lakin, iyulun 5-də də danışıqlar baş tutmayıb. Razılığın əldə olunmamasının əsas səbəbi kimi razılaşmanın müddətinin uzadılması məsələsi, istehsalın azalması üçün kvotaların hesablandığı baza istehsal səviyyəsi və bununla bağlı BƏƏ-nin mövqeyi göstərilir.
Qeyd edək ki, “OPEC+” ölkələri gündəlik neft hasilatının artırılması və razılaşmanın müddətinin 2022-ci ilin sonunadək (hazırda razılaşma 2022-ci ilin aprelin axırına kimi olan müddəti əhatə edir – red.) uzadılması məsələlərini müzakirə edir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button