Cəmiyyət

Ötən gün dənizdə batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında FHN-in aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 61 yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-dən “Report”a verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.Ümumilikdə ötən sutka ərzində 5 nəfər, o cümlədən dənizdə batma təhlükəsi ilə üzləşmiş 2 nəfər və intihara cəhd edən 1 nəfər xilas olunub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button