Ötən il Azərbaycandan 654 nəfər deportasiya olunub

Ötən il ölkədə olma və yaşama qaydalarını pozan 6377 əcnəbi müəyyənləşdirilib.

Bu barədə Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2020-ci il üzrə illik məlumatında bildirilib.

Qeyd olunub ki, 654 nəfər ölkədən deportasiya olunub.