İqtisadiyyat

Ötən il dünyada benzin 11% ucuzlaşıb

Beynəlxalq Enerji Agentliyinin (IEA) analitiklərinin hesablamalarına görə, 2020-ci ildə dünyada benzinin orta qiyməti bir litr üçün 0,81 dollar olub ki, bu da illik müqayisədə 11% azdır.  
“APA-Economics”in IEA-ın hesabatına istinadən verdiyi məlumata görə, qiymət azalması səbəbi kimi COVID-19 pandemiyası səbəbindən 2020-ci ilin birinci yarısında neft qiymətlərinin azalması göstərilir.
Tədqiqat müəllifləri qeyd edirlər ki, 2020-ci ilin nəticələrinə görə, benzinin bir litrinin ən yüksək satış qiyməti Honq Konqda (2,01 dollar), ən aşağı göstərici isə (0,32 dollar) İranda qeydə alınıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button