Dünya

Özbəkistanda sel nəticəsində 8 nəfər ölüb, 6-sı yaralanıb

Özbəkistanın Nəmənqan vilayətinin Kasansay rayonunda sel nəticəsində 8 nəfər ölüb, 6 nəfər yaralanıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti yayıb.
Bildirilib ki, Nəmənqan vilayətinin Kasansay rayonunda yağan leysan yağışlar Qırğızıstanın Cəlalabad vilayətində də selə səbəb olub.
Məlumata görə, Qırğız Respublikasının cənubunda Aksıy rayonuna sel gəlib. Sel Ak-Jol və Jolborstu kəndlərindəki yolu və körpünü dağıdıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button